“N.Nərimanov” adına Mədəniyyət Mərkəzində tanınmış xanəndə, Əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın xanəndəlik kafedrasının baş müəllimi, xanəndə Aqil Məlikovun 66 illik yubileyinə həsr edilmiş “Muğamat var olan yerdə” adlıyaradıclıq gecəsi keçirilib.
Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi, Sumqayıt şəhər Regional Mədəniyyət idarəsi , “N.Nərimanov” adına Mədəniyyət Mərkəzi, Corat Qəsəbə Bələdiyyəsi və Corat Qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin aparıcısı Azərbaycan Respublikasinin Əməkdar artisti Cəlal Məmmədov çıxış edərək,sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, məşhur xanəndə Azərbaycan muğam ifaçılığı sənətində önəmli iz qoyan parlaq sənətkarlardan biridir. Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, muğam ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Aqil Məlikovun yaradıcılığı ilə tanış olmasın.
Tədbirdə YAP Sumqayıt təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov Əməkdar incəsənət xadimi və qonaqları salamlayaraq xanəndə Aqil Məlikovun yaradıcılıq gecəsin keçirilməsin YAP olaraq fəxr etdiyini bildirərək hədiyyə və gül dəstəsin təqdim etdilər.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək Aqil Məlovun müasir muğam sənətimizdəki mövqeyini, gənc nəsildə muğama marağın oyadılması və cavan xanəndələrin yetişməsindəki əməyini, muğam sənətinə verdiyi töhfələri təqdirəlayiq cəhətlər kimi diqqətə çatdırıblar.
Tədbirdə tanınmış incəsənət ustaları iştirak edib.
Sumqayıtda xanəndə Aqil Məlikovun 66 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
•
2737