Sumqayıt Apelyasiya Məhkəməsində qızını zorlamaqda ittiham olunan Sumqayıt şəhər sakini, 51 yaşlı Q. K.-nın apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Publika.Az xəbər verir ki, Sumqayıt şəhərində 51 yaşlı kişi öz evində 36 yaşlı qızı ilə cinsi əlaqədə olub. Qızı zorlayan 51 yaşlı Q. K. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, 51 yaşlı kişinin həyat yoldaşı bir neçə il əvvəl həyatını itirib. Bundan sonra Q. K. ruhi qızı ilə təkbaşına yaşayıb. Bu müddət ərzində o, qızı ilə cinsi əlaqədə olub.
Qapalı keçirilən məhkəmə iclasında ifadə verən Q. K. elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. K. 7 il müddətinə azadlıqdan məhrum edilib.
Həmin hökmdən Q. K. Narazı qalıb və apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Q. K.-nın barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayəti təmin edilməyib. Hacı Zeynalov, publika.az
bigeyret
Bu meqaleni urek aqrisi ile oxudum.Belelerine olum hokmu verilmelidir.