Sumqayıt şəhəri ərazisində yerləşən tibb müəssisələrinin birindən 7 ədəd kompüter dəsti və tibb avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini Ziyəddin Qənbərov və Şamaxı rayon sakini Azər Qasımov saxlanılıblar.
Araşdırma aparılır.
Müzakirə qapadılmışdır.