Sumqayıtda xəstəxanadan oğurluq edilib

672

Sumqayıt şəhəri ərazisində yerləşən tibb müəssisələrinin birindən 7 ədəd kompüter dəsti və tibb avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini Ziyəddin Qənbərov və Şamaxı rayon sakini Azər Qasımov saxlanılıblar.
Araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər