Sumqayıtda dənizdə kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, orta yaşlarında kişi meyiti bu gün səhər saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışları nəticəsində aşkar olunub.
Xatırladaq ki, həmin şəxs iyunun 24-də dənizdə batmışdı.
Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilir. Tapılan şəxsin əynində üst geyimin olduğu bildirilir. Hadisənin intihar ola biləcəyi ehtimalı da araşdırılır.