Sumqayıtda yanacaqdoldurma məntəqəsi qarət edilib

930

Sumqayıt şəhərində yanacaqdoldurma məntəqəsi qarət edilib. Sumqayıt şəhər Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 28-də 53-cü məhəllənin ərazisində şəhər sakini Bəhruz Quliyevə məxsus “Petrol-100” yanacaqdoldurma məntəqəsindən açıq qapıdan girmək yolu ilə 160 manat oğurlanıb.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini Elşad Məhərrəmov müəyyənləşdirilərək tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər