Sumqayıtda yanğın: 15 nəfər təxliyə olundu – FOTO

975
Sumqayıtda səhər saatlarında yanğın hadisəsi baş verib.
sumqayitxeber.com -un məlumatına görə yanğın şəhərin 9-cu mikrorayonunda ev 29, mənzil 19-da qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər