Sumqayıtda yaşayan məcburi köçkün icma və QHT fəallarına təlim keçirildi

915

 Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsində “İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü” İctimai Birliyinin  “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkünlərin, müharibə əlillərinin və şəhid ailələrinin hüquqlarının və qanuni maraqlarının səmərəli müdafiəsinin təşkili” layihəsi  dəstəklənmişdir.

Həmin layihə çərçivəsində 27 dekabrda Birliyin ofisində  qaçqın və məcburi  köçkünlərin təşkil etdikləri QHT və icma liderlərinə, icma fəallarına növbəti təlim təşkil edildi. Təlimdə 19 icma lideri və fəalı iştirak edirdi.

Təlimdə BMT-nin qaçqınlara və ölkə daxilində köçürülmüş şəxslərə dair Rəhbər Prinsipləri, milli qanunvericilikdə qaçqın və məcburi köçkünlərin, eləcə də müharibə zamanı ziyan çəkmiş vətəndaşların (müharibə əlillərinin, şəhid ailələrinin, əsir, itkin düşənlərin ailələrinin) hüquqları, güzəştləri, imtiyazları, qaçqın və məcburi köçkünlərin ən çox rastlaşdıqları hüquqi məsələlər ətraflı müzakirə olundu. Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, rastlaşdığı hüquqi problemlərə dair rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin sonunda iştirakçılara mövzu ilə bağlı beynəlxalq və milli qanunvericilik sənədləri toplusu təqdim edildi.         

Qeyd edək ki,  “İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü” İctimai Birliyi 2006-cı ildə bir qrup hüquqşünas tərəfindən təsis olunmuşdur. Təşkilatın əsas məqsədi ictimai əhəmiyyətli qərarların qəbulu prosesində vətəndaşların, vətəndaş cəmiyyəti qurumlarının, kütləvi informasiya vasitələrinin daha fəal iştirakına nail olmağa, dövlət və yerli özünüidarəetmə orqanlarına, QHT-lərə və digər vətəndaş cəmiyyəti qurumlarına faydalı təşəbbüslərin həyata keçrilməsində yardımçı olmaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər