Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

2489

Prezidenti İlham Əliyevin 25 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu çərçivədə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir.

Növbəti ağacəkmə aksiyası Sumqayıt Bulvarında keçirilib. Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Genişmiqyaslı ağacəkmə aksiyası zamanı Sumqayıt bulvarı ərazisində 10 min zeytun ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər