“Sumqayıt”da yeni baş məşqçi

1106

“Sumqayıt” futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

“Report” klubun rəmsi saytına istinadən xəbər verir ki, bu posta Ayxan Abbasov təyin olunub. 37 yaşlı mütəxəssis bu vəzifədən istefa verən Nazim Süleymanovu əvəzləyib.

Onunla 2019/2020 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, A.Abbasov bu il avqustun 29-da uğursuz nəticələr səbəbi ilə “Zirə”nin baş məşqçisi postundan istefa verib.

Ayxan Abbasov futbolçu karyerası dövründə “Xəzri Buzovna”, “Şəfa”, MOİK, “Turan Tovuz” və “Qarabağ” kimi klubların şərəfini qoruyub. Məşqçilik karyerasına 2015-ci ildə “Zirə”nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın “sükanı arxasına” keçib. Onun rəhbərliyi altında adıçəkilən klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də “Zirə” ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).
“Sumqayıt” hazırda Premyer Liqada 11 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər