Sumqayıtda yeni istehsal xətti yaradılıb

601

Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal xətti yaradılıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, quraşdırılan avadanlıq iki və üçkameralı, həmçinin skylight paket şüşələrin istehsalında istifadə olunur.

Parkın ərazisində İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatların istehsalını həyata keçirir. İstehsalın illik həcmi 250-280 min m² şüşə təşkil edir ki, burada 5 növdə və müxtəlif rənglərdə 1000 çeşiddən çox məhsul emal edilir. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldilib.

Layihənin investisiya dəyəri 5,4 mln. manat təşkil edir.

Məhsullar işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma işlərində istifadə edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər