Sumqayıtda yeni istirahət məkanı – “Art Cafe” istifadəyə verilib

2670

Sumqayıt şəhərində yeni inşa edilmiş “ART” kafenin açılış mərasimi keçirilib. Şəhərin 45-ci məhəlləsində, 14 mərtəbəli binanın qarşısındakı parkda yerləşən kafenin ümumi sahəsi 200 kvadrat metrdir. 2 mərtəbədən ibarət olan istirahət mərkəzində 60 nəfərlik əsas zal, 12 nəfərlik VİP-otaq və açıq havada yay meydançası mövcuddur. Tikintisinə 2010-cu ilin yazından başlanılaraq müasir dizaynla inşa olunmuş “ART” kafe istilik və mərkəzləşmiş kondisioner sistemi ilə tam təmin edilib. “ART” kafe həmçinin ən müasir mətbəx avadanlığı, rahat və zövqoxşayan mebellə təchiz edilib. Kafeyə təşrif buyuran qonaqlar peşəkar aşpaz və şirniyyat ustası tərəfindən hazırlanmış milli və Avropa mətbəxinin təamlarından, rəngarəng desertlərdən dada biləcəklər. “ART” kafedə xüsusi təlim keçmiş personal fəaliyyət göstərir.

Kafe rəhbərliyi bu yeni istirahət məkanında gənclərin iştirakı ilə müxtəlif əyləncəli tədbirlərin – diskotekaların, şənliklərinin təşkil ediləcəyini, restoran daxilində və ətrafında WİFİ şəbəkəsinin quraşdırıldığını bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • imran
    Yanvar 21, 2011 - 03:56

    Harda zay-zay sheyler var onu tez acarlar,bele sheylere pul qoymaqa esirgemezler,cunki camaat da o aqidadir.Kitabxanadan-zaddan omrw-boyu hec ne acmazlar.cunki bunun menevi xeyri ola biler.

  • Elchin Z.
    Yanvar 21, 2011 - 18:05

    Imran bey, camaatin aglini deyerlendirmek bir az etika xaricinde deyil, sizce? Ustegel, dediyiniz hec heqiqet de deyil…

  • yashar
    Yanvar 21, 2011 - 18:16

    Hormetli, Imran muellim. Olarmi bilek, size kim ixtiyar verib ki, camaati, xalqimizi tehqir edesiniz?! Beyem men ve menim qohum-eqrebam, dostlarim ve tanishlarim, siz ve sizin qohum-eqrebaniz, dost ve tanishlariniz camaatimizin, xalqimizin terkib hissesini teshkil etmirikmi?! o ki qaldi hemin obyektin acilishina, bu, obyekti acanin, yaxud onu destekleyenlerin ishidir, babali varsa, onlarin boynuna.., daha xalqin aglini niye soz konusuna cevirirsiniz?! xalq neylesin, gedib hemin obyekti dash-qalaga tutsun, ardinca da polise dushsuun? Eger bu sizi cox narahat edirse, bunu xalq adindan siz de ede bilersiniz, axi siz de xalqin bir numayendesisiniz…

  • imran
    Yanvar 21, 2011 - 20:34

    Birincisi mən xalqı təhqir -zad eləməmişəm.Eləyə qalsa onda belə çəxər ki ,Cəlil Məmmədquluzadə ,Sabir,Haqverdiyev camaatını təhqir etməklə məşğul olub.Ancaq bu belə deyil necə ki ,mən bu niyyətlə nəsə demirəm.Əgər dediyim bir balaca sərt çıxırsa bu sırf millətimə olan məhəbbətdən ürəyim yanır.Heç yeri də dağıtmağa ehtiyac yoxdur.Günah ,fəsad mərkəzlərini sadəcə tikmək lazım deyil.Bunları isə tikən sadı admlardır ki onların əksəriyyəti pulun müqabilində hər şey tikər.Təhqirə qlsa ,hokumət 85 manat pensiya ilə ,vətəndaşların hüquqlarını total tapdalayır heç millət bunu təhqir bilmir.Mən isə düzün deyirəm.NarAhat olmayın bu gün polisə pul verib girənlər,zay-zay kafelərdə son çörək pulunu eyş-işrrətə verən həqiqətən məhz sənin-mənim qohumumdur babal elə məhz bizim hamımızın boynundadır Nəyi -qoyub nəyi axtarırsız sözdə səhv tutursuz NƏ İSƏ …

  • Bahar
    Yanvar 29, 2011 - 02:51

    SONRA DA DEYIRLER MILLET ACINDAN OLUR.BELE YERLER ACILIRSA DEMELI EHTIYAC VAR,GEDEN VAR DAA.KIMIN NE SEBEB GETDIYINI,AGLI VE FILAN SEYLER HAQQINDA HEC NE DEMEK ISTEMIREM.AMMA SEXSEN BIZ KAFE TIPLI YERLERDE GEDIB YEMEK YEMIRIK.GEDENLERE DE NORMAL BAXIRAM.UREYI ISTEIR GEDIR.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər