Sumqayıtda yeni kanalizasiya xətləri çəkilir

1412

Sumqayıtda açıq kanalizasiya xətti qapalı rejimə keçirilir.

ONA-nın yerli bürosunun məlumatına görə, Acıdərə kanalının başlanğıcından axan çirkab sular əvvəllər açıq kanalizasiya xətti vasitəsilə şəhərin 50-ci məhəlləsinə, Çerkassi küçəsinə axıdılırdı. Kanalizasiya xəttinin diametri kiçik  olduğundan tez-tez tutulma hallar baş verirdi və belə olan halda məhəllə sakinlərinin evləri su altında qalırdı.

Sakinlər yaranan problemin bir neçə il davam etdiyini bildiriblər. Artıq mövcud vəziyyət yerində öyrənilib və müvafiq addımlar atılıb.

Məsələyə İcra Hakimiyyətində baxılıb və problemin həll edilməsi istiqamətində göstəriş verilib. Qəbul edilmiş qərara əsasən, əraziyə diametri 600 millimetr, uzunluğu 560 metr olan borularla yeni xətlərin çəkilməsinə başlanılıb. Aparılan işlər yaxın müddətdə başa çatacaq və 50-ci məhəllə sakinlərinin bu problemi həllini tapmış olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər