Bir müddət öncə, Sumqayıt Şəhər Polis İdarəsinin yeni rəisi general-leytenant Sahib Mirzəyev İdarənin bir neçə yüksək rütbəli əməkdaşı və müavinlərindən biri ilə yanaşı bölmə rəislərindən də biri ilə vidalaşmışdı. 4-cü bölmənin rəisi polkovnik-leytenant Elman Səfərov postunu itirmişdi.
Budur, bölmə rəisinin yerinə artıq təyinat da edilib. Bundan sonra bu vəzifəni mayor Zaur Mehdizadə tutacaq. Qeyd edək ki, 1978-ci il təvəllüdü Z.Mehdizadə buna qədər İnterpolun Azərbaycan Milli Bürosunda çalışıb.
Xatırlatmaq yerinə düşər ki, şəhərin polis idarəsinin rəisi S.Mirzəyevin də bundan öncəki iş yeri eyni idarə olub.