Sumqayıtda yeni tikilən məktəb istifadəyə verildi – FOTOLAR

4587

Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və məktəbin pedaqoji kollektivi iştirak edib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inşa edilmiş məktəb 1800 şagird yerlikdir. 4 mərtəbə və 3 korpusdan ibarət olan məktəb 75 sinif otağından ibarətdir. Eyni zamanda, əyani vəsaitlərlə təmin edilmiş fizika, kimya, biologiya, informatika otağı, hərbi fənn kabinəsi, qızlar və oğlanlar üçün texnologiya otaqları da müəllim və şagirdlərin istifadəsində olacaq. Yeni məktəb binasında idman zalı, 390 yerlik akt zalı, 390 yerlik yeməkxana fəaliyyət göstərəcək.

Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər