Sumqayıtda yeni zavod istifadəyə veriləcək, 50 nəfər daimi işlə təmin ediləcək

1593

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentlərindən birinin “Qablaşdırma məhsullarının istehsalı” müəssisəsində tikinti işləri yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması işləri görülür. Müəssisənin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

“APA-Economics”in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında deyilir.

Azərbaycan neftinin qiyməti 72 dolları keçib
Azərbaycanda tikinti materiallarının istehsalı 47%-dək artıb – CƏDVƏL
Azərbaycanda bu il 15,1 milyon tibbi maska istehsal edilib
“İnvestisiya dəyəri 2,5 mln. ABŞ dolları olan zavodda ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 80 nəfərə çatdırılması nəzərdə tutulur”, – məlumatda qeyd olunub.

“Qablaşdırma məhsullarının istehsalı” müəssisəsində Tayvan və digər ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilməklə, iki istehsal xətti üzrə qofre (üçqat) karton, zərf və fayllar istehsal ediləcək. Şirkət həmçinin, Azərbaycanda ilk dəfə olaraq incə dalğalı kartonların da istehsalını həyata keçirəcək.

Zavodun məhsulları daxili tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər