Sumqayıtda yeniyetmə voleybolçular arasında çempionat keçirilib

1488

Sumqayıt regional voleybol klubunun (RVK) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş yeniyetmə qızlar və oğlanlar arasında daxili çempionat keçirilib.

Mayın 25-də Sumqayıt OİK-də yarışın açılış mərasimi və çempionatın ilk oyunları baş tutub. Açılış mərasimində Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, AVF rəsmiləri və digər qonaqlar iştirak ediblər. Çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və AVF prezidenti Şahin Bağırov bütün iştirakçılara uğurlar arzu ediblər.

Voleybolun ölkəmizdə çox sevildiyi bildirilib, bu idman növünə marağın artırması məqsədilə paytaxtla yanaşı, digər şəhər və rayonlarda da müxtəlif layihələr həyata keçirildiyi vurğulanıb.

Çıxışlardan sonra turnirin ilk qarşılaşmalarına start verilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər