Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün yeniyetmə və gənclərinin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində təlimləri davam etdirir. Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt və ətraf qəsəbələrdə məskunlaşan Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından olan məcburi köçkün yeniyetmələrin və gənclərin peşəyönümü və peşə hazırlığı üzrə bilgilərini artırmaq, onları effektiv iş axtarışı vasitələri və üsulları, iş yerlərinə müraciət və özünu təqdim etmə qaydaları, komanda şəklində işləmək bacarıqları və işgüzarlıq qabiliyyətlərinin aşılanması və s. mövzularda maarifləndirməklə onların işlə təmin olunmaq, gələcək karyeralarını qurmaq və beləliklə də, məcburi köçkün gənclərin məşğulluqlarının təmin olunmasına yardımçı olmaqdır.
Layihə çərçivəsində növbəti təlim mayın 5-də Sumqayıtda yerləşən Cəbrayıl rayonunun 4 saylı orta məktəbində təşkil edildi. Təlimi Birliyin təlimçisi Eyvaz Qocayev aparırdı. Məktəbin yuxarı sinif şagirdlərindən 24 nəfər təlimdə iştirak edirdi.
Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi, Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri, Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq, Peşə seçərkən nələrə diqqət yetirməli, İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb oldu.
Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, peşə və ixtisas seçimi ilə bağlı rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimin sonunda iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu təqdim edildi.
Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 25 layihə icra etmişdir. Birliyin icra еtdiyi layihələr çərçivəsində həyata kеçirdiyi tədbirlər və əldə еtdiyi nailiyyətlər barədə ətraflı məlumatla Birliyin saytında (www.potensial.org) tanış оlmaq оlar.