Sumqayıtda “Yerli Demokratiya Həftəsi”

1048

Dekabrın 19-u “Xəzər” Səhmdar Cəmiyyətinin konfrans zalında Sumqayıt Bələdiyyəsi ərazisində “Azərbaycanda Yerli Demokratiya Həftəsi”nə dair toplantı keçirilmişdir.

Toplantıda Sumqayıt Bələdiyyəsi məhəllə komitələrinin sədrləri, müavinləri, şəhər sakinləri, bələdiyyə əməkdaşları, KİV nümayəndələri də iştirak etmişdir.

Toplantını giriş sözü ilə açan Sumqayıt Bələdiyyəsinin sədri Ə.Babayev toplantı iştirakçılarını salamlayaraq, yeni il və Dünya azərbaycanlılarının bayramları ərəfəsində yenidən məhəllə komitələri sədrləri və onların nümayəndələri ilə görüşdüyü üçün böyük məmnunluq hissi keçirdiyini bildirdi, iştirakçıları və onların şəxsində bütün sumqayıtlıları bayramlar münasibəti ilə təbrik etdi və bu təbrikləri öz məhəllə sakinlərinə çatdırmağı xahiş etdi. O qeyd etdi ki, bu gün keçirilən Demokratiya Həftəsinin ilk görüşü xoş bir hadisəyə təsadüf edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev bu gün Sumqayıta səfər etmişdir. Ə.Babayev toplantı iştirakçılarına möhtərəm Prezidentimizin Sumqayıta səfəri barədə ətraflı məlumat verdi. Bələdiyyə sədri  bildirdi ki, icra başçısı Eldar Əzizov ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilmiş mühüm tədbirlər barədə cənab Prezidentə ətraflı məlumat verdi. Ə.Babayev Azərbaycan Prezidentinin göstərişinə əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında 2007-ci ildən inşasına başlanılmış Sumqayıt Olimpiya İdman Kompleksinin təntənəli açılışı barədə də toplantı iştirakçılarına məlumat verdi. Bələdiyyə sədri bildirdi ki, ölkə başçısı Sumqayıta diqqət və qayğısını əsirgəmir. Belə ki, cənab Prezident üç il bundan əvvəl Paralimpiya Mərkəzinin, bu il Uşaq İdman Mərkəzinin, bu gün isə Olimpiya Kompleksinin açılışında iştirak etdi. Bundan əlavə möhtərəm Prezidentimiz və xanımı Mehriban Əliyeva Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə də  tanış oldular. Ə.Babayev bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə parkın yeni layihəsi hazırlanıb, bu da ölkə rəhbərinin sumqayıtlılara olan diqqət və qayğısından irəli gəlir.

     Bələdiyyə sədri Prezident İlham Əliyevin Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin azot gübrəsi – karbamid zavodunun təməlqoyma mərasimində iştirak etdiyi barədə də söhbt açdı. Bildirildi ki, bu zavodun inşası “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir.

     Əbülfəz Babayev görüş iştirakçılarını,  şəhərimizin bütün sakinlərini möhtərəm Prezidentimizin, eləcə də şəhərimizin İcra başçısı Eldar Əzizovun ətrafında sıx toplaşmağa çağıraraq, şəhərimizin inkişafında hərtərəflı köməklik göstərmələrini tövsiyyə etdi.

     Sonra Ə.Babayev “Demokratiya Həftəsi”nin keçirilmə qaydalarına müvafiq olaraq 2011-ci ildə Sumqayıt Bələdiyyəsi tərəfindən görülmüş işlər, o cümlədən “Bir bələdiyyə – azı bir  layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə ətraflı hesabat verdi. Müzakirə zamanı gənc nəslin formalaşdırılması işində əsas istiqamətlərdən biri olan təhsil, mədəniyyət və idman sahələrinin inkişafı, vətəndaşların təşəbbüsü əsasında gənclərin asudə vaxtının təşkili, sosialyönümlü layihələrin həyata keçirilməsində bələdiyyənin qeyri-hökümət təşkilatları ilə əməkdaşlığının genişləndirilməsi, eləcə də bu sahədə vətandaşların rolunun artırılması, Sumqayıt Bələdiyyəsinin ərazisində məskunlaşmış məcburi köçkünlərə sosial qayğılarının göstərilməsi istiqamətində qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələlərinə diqqətin artırılması, seçicilərin rəy və təklifləri, məhəllə komitələrinin müraciətləri əsasında yerli problemlərin həllində ictimaiyyətin və məhəllə komitələrinin rolunun artırılması, evdar qadınların, uşaq və yeniyetmələrin asudə vaxtlarının təşkilində  məhəllə komitələri ərazisində müxtəlif dərnəklərin təşkili istiqamətində işlərin aparılması kimi vacib məsələlərə xüsusi diqqət yetirilmişdir.“Demokratiya Həftə”si çərçivəsində keçrilən görüşdə 2012-ci ildə görüləcək işlərin, həyata keçiriləcək layihələrin müzakirəsi üçün vətəndaşlarla yerlərdə görüşlərin keçirilməsi barədə də məlumat verildi.

Sonra söz verildi görüş iştirakçılarına. 45-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsi sədrinin müavini Əjdər Əliyev, Təzə və köhnə koteclər üzrə 1 saylı məhəllə komitəsinin sədri Şıxbaba Rzayev, “Xəzri” üzrə 1 saylı məhəllə komitəsinin sədri İnqilab Səlimov və başqaları onları narahat edən məsələlərdən söz açdılar. Çıxış edənlər onların ərazilərində yaranmış problemlərin aradan qaldırılmasında köməklik göstərilməsini bələiyyə sədrindən xahiş etdilər.

 Sonda bələdiyyə sədri Ə.Babayev görüş iştirakçılarına müvafiq tövsiyyə və tapşırıqlarını verdi.                                                                                

Sumqayıt Bələdiyyəsi mətbuat sektorunun baş mütəxəssisi                                                          S.Əmiraslanova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər