sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhərində yol infrastrukturu sahəsində görülən işlər davam edir.
Son dövrlər inkişafının yeni və sürətli mərhələsini yaşayan Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində də mühüm işlər görülür.
Metallurq küçəsi Sülh küçəsindən başlayaraq sənaye zonasından keçməklə Bakı-Quba yoluna qədər 4,0 km uzunluğunda yenidən kompleks şəkildə əsaslı təmir olunur, yolun hərəkət hissəsi genişləndirilir, hasarlar, piyada yolları, kommunikasiya xətləri yenidən qurularaq yaşıllaşdırma işləri aparılır. Həmin küçədə “Acı Dərə” kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar 1800 p/m yeni su ötürücü kanalizasiya xətti çəkilir.
Ötən il Koroğlu küçəsində 4 km uzunluğunda 140 min kv.metr, Səməd Vurğun küçəsində 9 km uzunluğunda 120 min kv.metr, Nizami küçəsində 1,6 km uzunluğunda 25 min kv.metr, Sərvər Bədəlbəyli küçəsində 0,8 km uzunluğunda 14 min kv.metr və Heydər Əliyev küçəsində 1,8 km uzunluğunda 66 min kv.metr yola yeni asfalt örtüyü salınıb.
Novxanı-Sumqayıt yolunun əsaslı təmiri ilə əlaqədar Bağlar zonasında yol genişləndirilmiş, hasarlar, piyada yolları təmir olunmuş və kommunikasiya xətləri yenidən çəkilmişdir.
Şəhər İcra Hakimiyyətinin dəstəyilə Qurd Dərəsi yaşayış massivində şəhər bələdiyyəsinin köməyi ilə 2,5 km uzunluğunda yol hər iki tərəfə genişləndirilmiş, yolun eni 8 metrə çatdırılaraq asfalt örtüyü təmir edilmişdir.
Ümumilikdə şəhər üzrə 26 kilometr yol əsaslı təmir olunmuş, 350 min kv.metr sahəyə asfalt salınmışdır.
2017-ci ildə şəhərin 14 küçəsində 10-dan çox məktəb, 12 uşaq bağçasının həyətyanı ərazisində asfalt örtüyünün cari təmir işləri aparılmış, 700 min kv.metr yeni asfalt örtüyü salınmış, 7300 p/m qranit, 7500 p/m beton səki daşı qoyulmuşdur.
Məhəllədaxili ərazilərin abadlaşdırılması, yenidən qurulması istiqamətində xeyli məqsədyönlü işlər həyata keçirilmişdir. Şəhərin 12-dən çox məhəllədaxili ərazisinə 300 min kv.metr yeni asfalt örtüyü salınmış, 940 p/m beton bardur qoyulmuşdur.
Koroğlu, Nəriman Nərimanov, Sülh və Məhəmməd Əsədov küçələrində piyada keçidləri düzəldilmiş və 300 p/m qranit səki daşı bərpa olunmuşdur. Küçə və yollarda köhnəlib sıradan çıxmış 1650 p/m səki daşı yeniləri ilə əvəz edilmiş, 48 km səki daşı rənglənmişdir.
Eyni zamanda, görülmüş işlərin davamı olaraq Heydər Əliyev, Sərvər Bədəlbəyli, Bakı, Koroğlu küçələrinin davamının, şəhərin əsas giriş yollarından biri olan Metallurq küçəsinin, Çerkassi, Kamran Hüseynov, Kimyaçılar, Babək, İsmət Qayıbov, Niyazi, Üzeyir Hacıbəyov və sair küçələrin, St.Sumqayıt, Yaşıl Dərə yaşayış sahələrində, Hacı Zeynalabdin və Corat qəsəbələrindəki əsas yolların və şəhərin məhəllədaxili ərazilərdə 2 milyon kv.metrdən çox sahənin asfalt örtüyünün təmiri nəzərdə tutulur.