Sumqayıtda yol kənarında kişi meyiti tapılıb – YENİLƏNİB

1625

Sumqayıtda yol kənarından meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, 1985-ci il təvəllüdlü Cəlal Etibar oğlu Hüseynov olması müəyyən edilib. Onun avtomobillə vurulduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Saat 11:01

Sumqayıtda yol kənarında naməlum kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Stansiya Sumqayıt adlanan ərazidə meyiti tapılan şəxsin 30-35 yaşlarında olduğu və  avtomobillə vurularaq öldüyü ehtimal olunur.

Hazırda mərhumun şəxsiyyətinin dəqiqləşdirilməsi və hansı şəraitdə ölməsi dəqiqləşdirilir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər