Ötən gün axşam Sumqayıt şəhərində eyni vaxta iki yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosunun verdiyi məlumata görə, mərkəzi küçələrdən birində qeydə alınan qəza zamanı şəhər sakinləri – 2011-ci təvəllüdlü Fuad Sadiq oğlu Əliyev və 2014-cü il təvəllüdlü Sənan Teymur oğlu Əhmədli ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Hər iki yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəyə yüksək sürət və sürücü məsuliyyətsizliyinin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.