Sumqayıtda yol qəzası – 1 ölü, 4 yaralı

1427

tən gün Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar iki ailənin üzvləridir. Onlar – Heydər Nağıyev (1974), Səfiyyə Nağıyeva (1976), Gülşən Nağıyeva (2006) və Əfruz İbrahimova (1957), Soltanəli İbrahimovdur (1958).

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan biri – 1957-ci il təvəllüdlü İbrahimova Əfruz Bakir qızı bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər