Sumqayıtda yol qəzası baş verdi, 4 nəfər xəsarət aldı

696

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sülh prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

“Toyota Prius” və “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə “Prius”da olan sürücü və 3 sərnişin xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. APA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər