Sumqayıt şəhərində yolu keçən 47 yaşlı piyadanı maşın vurub.
Sumqayitxeber.com report-a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1971-ci il təvəllüdlü Əli Canbala oğlu Alxasov yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda yolu keçən piyadanı maşın vurdu:vəziyyəti ağırdı
•
1388