Sumqayıtda yük maşını qaldırıcı kranla toqquşdu – FOTO

1255
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Avtoqəza şəhərin Sahil küçəsində, Corat abidəsinin qarşısında qeydə alınıb.
Belə ki, Corat abidəsi istiqamətindən hərəkət edən yükqaldırıcı kran Sahil küçəsi ilə hərəkət edən “Ford” markalı kiçiktutumlu yük avtomobili ilə toqquşub. Xəsarət alan olmasa da, “Ford” markalı avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub və qəzanın baş vermə səbəbləri araşdırılır.
Qəza səbəbindən bir müddət yolda sıxlıq yaranıb. Yol polisinin müdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa edilib.(APA)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər