Sumqayıtda “Zamanın effektiv idarə olunması” mövzusunda təlim keçirildi

714

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq iqtisadçı ekspert Arzu Qafarlının təqdimatında “Zamanın effektiv idarə olunması” mövzusunda təlim keçirilib. Təlimdə şəhərin müxtəlif gənclər təşkilatlarını təmsil edən könüllülər iştirak ediblər.
Təlimin məqsədi Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn məsələlərin həlli, gənclərin fərdi bacarıqlarını inkişaf etdirərək vaxtın düzgün idarə edilməsi səriştəsinin artırılması, günlük prioritetlərin düzgün bölüşdürülməsi, işlərin düzgün planlanması, effektiv qərar qəbul edilməsi və faydalı iş əmsalının yüksəldilməsidir.
Təlim zamanı iştirakçılara mövzu ətrafında video çarx və foto təqdimat nümayiş olunmuş, diskusiyalar aparılmış, maraqlı qrup çalışmaları təşkil edilmişdir.
Sonda aktiv gənclərə hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər