Sumqayıtda zavodda baş verən yanğında bir nəfər xəsarət alıb

340

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.

Bu barədə Oxu.Az-a “SOCAR Downstream Management” MMC-dən məlumat verilib.

Bildirilir ki, ilkin ehtimala görə, yanğın xammal tutumunda baş verib.

“Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər