Sumqayıt Texnologiyalar Parkı Kabel Zavodundan oğurluq edilib.
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, oğurluq hadisəsi zavodun anbarında törədilib.
Anbardan oğurluq edən 23 yaşlı Həzi Süleymanov və 20 yaşlı Mövlud Balayev tutulub. Görülən tədbirlər nəticəsində, Mövlud Balayevin bu ilin avqustunda tanışı Ramil Kamalovla birgə “STR” zavodundan mis kabel oğurlamaları da müəyyən edilib. Hadisə ilə bağlı Ramil Kamalov saxlanılıb.
Milli.Az