Sumqayıtda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib – FOTOLAR

2338
Sumqayıt şəhərində “Heydər Əliyev İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və 8 Noyabr – Zəfər Günü münasibətilə Bulvar ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, millət vəkilləri – Tahir Mirkişili, Hicran Hüseynova, Emin Hacıyev, Müşfiq Məmmədli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Genişmiqyaslı ağacəkmə aksiyası zamanı Sumqayıt bulvarı ərazisində 11 min zeytun ağacı əkilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər