Sumqayıtda “Zəfər Günü” münasibətilə konsert proqramı keçirilib

1280

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsi və Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Muğam Mərkəzində “8 noyabr – Zəfər Günü”nə həsr edilmiş “Səsin gəlsin, Xarı Bülbül” adlı konsert proqramı təşkil edilib.

Öncə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov artıq ikinci ildir ki, Respublikamızda qeyd olunan “8 Noyabr – Zəfər Günü”nün tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı qələbədən danışıb, Azərbaycan xalqının öz qəhrəmanları ilə daim fəxr etdiyini vurğulayıb.

Natiqlər öz qanları və canları ilə bizə bu qələbəni bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib, şəhid ailələri və qazilərimizin ölkə başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqlarını qeyd ediblər.

Şəhid ailələri və qazilər, şəhər İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ictimai fəal gənclər və media nümayəndələrin də iştirak etdiyi tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim və tələbə kollektivinin ifasında səsləndirilən musiqi parçaları könülləri oxşayıb, tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər