Sumqayıtda “Zəfər sədası” Musiqi Festivalı çərçivəsində konsert keçirilib

796

Noyabrın 6-da Sumqayıt Dövlət Dram Teatrında “Zəfər sədası” Musiqi Festivalı çərçivəsində konsert baş tutub.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev açıq elan edib. O gələn qonaqları salamlayıb və 8 noyabr – şanlı Zəfər bayramı münasibətilə təbrik etməkdən qürur duyduğunu vurğulayıb. İdarə rəisi, həmçinin Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik siyasətindən, xalqımızın sarsılmaz birliyindən bəhs edib. Sonda R.Əliyev Zəfər Bayramını yazan – Vətən müharibəsində qəhrəmancasına döyüşən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi rica edib.
Konsert R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı və solistlərininin rəngarəng musiqi nömrələri ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər