Sumqayıtda zəncirvari qəza olub

2025

Sumqayıt şəhərində üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, yol qəzası şəhərin Sülh küçəsində qeydə alınıb.

Belə ki, 90-TX-602 dövlət nömrə nişanlı “Peugeot” markalı avtomobil 50-CE-281 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili arxadan vurub, sonuncu isə qarşısında dayanan 50-DM-867 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da hər üç avtomobilə ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər