Sumqayıtdakı “Bayraq yürüşü”ndən möhtəşəm görüntülər – FOTOLAR

1771

Sumqayıt şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı möhtəşəm bayraq yürüşü keçirilib. 

Yürüş Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından başlayıb və Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda yekunlaşıb.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, gənclər və ümumtəhsil məktəblilərinin şagirdləri və minlərlə şəhər sakini iştirak edib.

Yürüş Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil olunan bayram tədbiri ilə davam edib. Mahnı və rəqs kollektivi tədbir iştirakçıları qarşısında çıxış ediblər.

Qeyd olunub ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.   

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Samire
    Noyabr 10, 2019 - 14:22

    Həqiqətən möhtəşəm aksiya idi. Eşq olsun Sumqayıta! Şagirdlərimiz də xüsusilə gözəl iştirak etdi yürüşdə! Eşq olsun bayrağımızı sevənlərə!

  • Yegane Memmedova
    Noyabr 10, 2019 - 14:24

    Nə gözəl mənzərə!!!
    Məktəblilərimiz hər zamankı kimi bayrağımızı sona kimi ürəkdən daşıdı.
    Bayramınız mübarək, əziz sumqayıtlılar!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər