Sumqayıtdakı hərbi hissədə yanğın

828

Sumqayıt şəhərində hərbi hissədə yanğın olub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 17.00 radələrində Müdafiə Nazirliyinə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin avtomobil parkında meydana gələn yanğının qarşısını almaq məqsədi ilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının hərbi hissədəki digər tikililərə keçməsini qarşısı alınıb və yanğın söndürülüb. Hazırda yanğın baş verən ərazidə tüstülənmə müşahidə olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər