Sumqayıtdakı “Karvan”ın nəzarətçisi ilə bağlı qərar yenidən dəyişdi – əvvəl həbs, sonra isə…

958
Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində 1 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən nəzarətçi İsməli Bayramovla bağlı son qərar verilib.
sumqayitxeber.com -un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, qeyd edilən yanğın 2013-cü il oktyabrın 19-da baş verib. Yanğında həmçinin 5 nəfər yaralanıb və təxminən 15 milyon manatlıq ziyan dəyib.
Sumqayıt şəhər Məhkəməsi İsməli Bayramova 4 il 6 ay müddtinə azadlıqdan məhrum etmə cəzası versə də, o həbs edilməyib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib. Sumqayıt Apellyasiya Məhkəməsi isə prokurorun prostetini təmin edərək İ.Bayramovun barəsində həbs qərarı seçib və cəzanın müddətini 1 il də artırıb.
Ali Məhkəmə isə yenidən İ.Bayramovun xeyrinə qərar verib, onun cəza müddəti 4 il 7 aya endirib və azadlığa buraxılaraq yenidən məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhkim edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər