Sumqayıtdakı obyektlərin dövriyyəsi 1 milyard manata çatır

2278

Bu rəqəmlər  Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilib.
sumqayitxeber.com xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ümumdaxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard 533 milyon manatdan çox olmuşdur. Onun bir nəfərə düşən həcmi 4489 manat təşkil etmişdir ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur.

Ötən illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 34,0 faiz artaraq 1 milyard 81 milyon manat təşkil etmişdir. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85,0 faizdən çox olmuşdur.

Vurğulanıb ki, əsas kapitala investisiya qoyuluşu tikinti-quruculuq işlərinin genişləndirilməsinə, şəhərin tarazlı inkişafına mühüm təsir göstərir. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 410 milyon manat vəsait yönəldilmiş, artım tempi 16,8 faiz təşkil etmişdir. Kapital qoyuluşunun 73,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmişdir. 2017-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 12,0 faiz artmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər