Təəssüf ki, ilin son günü də qəzasız ötüşmədi
Sumqayıt şəhərində “Slavuta” markalı minik avtomobili ilə “İsuzu” markalı sərnişin avtobusu toqquşub.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı xəbərə görə, bu barədə nazirliyin “112” qaynar xəttinə daxil olmuş məlumatda bildirilib.
Məlumata görə, qəza nəticəsində “Slavuta” markalı minik avtomobili deformasiyaya uğrayıb, avtomobilin sürücüsü, 1979-cu il təvəllüdlü Əhmədov Zaur Aqil oğlu və sərnişin Hüseynov Rasim Möhsün oğlu hadisə yerində ölüb.
Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.