Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsində avadanlıqların quraşdırılması (montajı) işlərinə başlanılıb.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Müəssisənin investisiya dəyəri $6 mln.-dır, layihə üzrə indiyədək görülən işlərə artıq $5 mln. sərmayə qoyulub və işlərin 85%-i tamamlanıb.
Qeyd edək ki, “Azərsulfat” MMC-yə 2020-ci ilin iyul ayında Sumqayıt Kimya Sənaye Parkının rezidentiyi statusu verilib.