Sumqayıtdakı tükürpədici cinayətinin təfərrüatı ortaya çıxdı

1897

Sumqayıtda qandonduran cinayət hadisəsi baş verib. Belə ki, ana və qızı əlbir olaraq, qeyri-qanuni doğulmuş körpəni öldürüblər.

Sumqayıt Şəhər Polis İdarəsindən Sputnik Azərbaycan-a hadisənin detalları barədə ilginc məlumatlar verilib. Məlumata görə, uşaq ölümü hadisəsi, anonim şəxs tərəfindən polisə xəbər verilməsəydi, gizli qala bilərmiş. Məlumatın yoxlanılması ağır bir cinayət hadisəinin baş verdiyini sübut edib.

Hazırki vəziyyətdə körpənin ölümündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri, 1996-cı il təvəllüdlü C. V. və onun 56 yaşlı anası S.C. təqsirli bilinir. Qadınlar öldürülən uşağın cəsədini qəsəbə qəbirstanlığı ərazisində dəfn ediblər.

Operativ istintaq qrupu körpənin cəsədini tapıb və ölüm səbəbini müəyyən etmək üçün müvafiq tədbirlər görüb. Körpənin boğularaq öldürüldüyü müəyyən edilib.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarına körpənin öldürülməsi oktyabrın 26-da məlum olub. İstintaq zamanı müəyyən edilib ki, nikahda olmayan C.V. sentyabrın 30-da keysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Qız artıq çəkili olduğu üçün onun hamiləliyi nəzərə çarpmayıb. Ancaq körpəni qonşulardan gizlətmək mümkün olmayıb.

Buna görə də, “niyə sizin evinizdən körpə ağlamasının səsi gəlir” suallarına C.V.-nin anası “qapımıza uşaq atıblar, bizim də yazığımız gəlib, götürüb qayğısına qalırıq” – deyə cavab verib.

Oktyabrın 26-da isə ana və qız artıq yükdən azad olmaq istəyib və körpəni öldürüblər. Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda istintaq davam edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər