Sumqayıtdakı yaşıllaşdırma işləri Ulu öndər Heydər Əliyevlə bağlı kitabda geniş əks olunub

1323

Bugünlərdə jurnalist-tarixçi Seymur Əliyevin müəllifi olduğu “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabı çap edilib. Kitabda ulu öndər Heydər Əliyevin Ermənistanın ekoloji müstəvidə həyata keçirdiyi terror siyasətinə qarşı mübarizəsi, bu terrorun nəticələrini ortadan qaldırmaq üçün atdığı addımlar, eləcə də Vətən müharibəsində Ermənistanın həyata keçirdiyi ekoloji terror aktları öz əksini tapıb.

Kitabda Ümummili lider Heydər Əliyevin hələ sovet dönəmindən Sumqayıtın yaşıllaşdırılmasına, tullantıları ilə təbiətə ziyan vuran sənaye müəssisələrinin modernləşdirilməsi istiqamətində gördüyü işlərə də toxunulub. Xüsusilə, son illər Sumqayıtda, o cümlədən şəhərin bulvar ərazisində böyük yaşıllıqların salınması, minlərlə ağacın əkilməsi faktından ətraflı bəhs olunub, görülən işlər Heydər Əliyevin ekoloji siyasətinin davamı, ulu öndərin tarixi tövsiyyəsinin icrası kimi qiymətləndirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bu sahədəki xidmətləri ümummilli maraqlar konteksində şərh olunub.

Məlumat üçün qeyd edək ki, kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilib.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər