Sumqayıtdan 2 ailə Cocuq Mərcanlıya köçürülüb

2011

Ötən həftə Cocuq Mərcanlıya ikinci köç başlayıb. İlk olaraq kəndə 20 ailə yerləşdirilib.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev AzVision.az-a bildirib ki, ailələrin 18-i Bakıdan, 2-si isə Sumqayıtdan köçürülüb.
İcra başçısının müavini 87 ailənin siyahı üzrə təsdiq olunduğunu qeyd edib: “Növbəti günlərdə 45 ailə Biləsuvardan, 1 ailə Şirvanda və 1 ailə İmişlidən köçürüləcək. Digər rayonlardan da gələnlər olacaq. Bu formada köçmə davam edəcək”.

Qeyd edək ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər