Sumqayıtdan 20 km uzaqlıqda neft çıxarıla bilər – SOCAR və “LUKoil” anlaşdı

2019

Yanvarın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “LUKoil” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə SOCAR-dan bildirilib.

Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.

“Qoşadaş” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər