umqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.
Bu barədə “Report”a FHN-dən məlumat verilib.
Məlumatda bildirilib ki, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları paralel olaraq Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən də davam etdirilir.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.