Sumqayıtdan Gürcüstana gedən yük qatarında kimyəvi maddənin sızmasının qarşısı alınıb

618

Xəbər verdiyimiz kimi, Kürdəmir rayonu ərazisində, Karrar dəmiryol stansiyasının yaxınlığında Sumqayıtdan Gürcüstanın Rustavi şəhərinə gedən yük qatarının sisternlərindən birində kimyəvi maddənin (sulfat turşusu) sızması qeydə alınması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olmuşdur.
FHN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilmiş və aidiyyəti qurumlar məlumatlandırılmışlar.
Görülmüş operativ tədbirlər nəticəsində sızmanın qarşısı alınmışdır.
Hazırda müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər