Sumqayıtdan Misirə məhsul ixrac edilib

1312

“Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) tarixində ilk dəfə olaraq Misirə alüminium pəstahlar ixrac edib.

Bu barədə STP-dən sumqayitxeber.com-a verilən məlumata görə, bu, həmçinin Azərbaycan tarixində də Misirə ilk alüminium pəstah ixracıdır. Müştəriyə ilkin olaraq ümumi həcmi 100 ton olan 6063 markalı çapı 178 mm, boyu 5800 mm olan alüminium pəstahlar istehsal edilib yola salınmışdır. Gələn ay daha 200 ton alüminium pəstah məhsulu göndərilməsi nəzərdə tutulur.

Alüminium pəstah alüminium profillərin istehsalı üçün nəzərdə tutulmuş xammalıdır. Azərbaycanda bu məhsul STP-nin Alüminium və Mis Profilləri Zavodunda istehsal olunur.

STP bundan öncə Danimarka, Polşa, Estoniya, Ukrayna və Türkiyəyə alüminium pəstah və profillər ixrac edib.

Texnoparkın Alüminium və Mis Profilləri zavodu 2014-cü ildə istismara verilib. Zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir. Toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Alüminium əritmə və pəstahlama sahəsinin illik istehsal gücü 30000 tondur.

Qeyd edək ki, STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər