Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu başa çatıb.
Publika.az xəbər verir ki, “Kapital Bank Arena”da “Keşlə”ni qəbul edən “Sumqayıt” qələbəyə nail olub – 2:1.
İlk yarıda qapılara qol vurulmayıb. Hər 3 qol üçüncü hissədə qeydə alınıb.
Bu qələbə sayəsində xallarını 39-a çatdıran “Sumqayıt” 3-cü pillədə möhkəmlənib. “Keşlə” isə 17 xalla 7-ci pillədə qalıb.