Prezidenti İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul tarixində imzalanmış Sərəncamla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının müvafiq bəndinə əsasən proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Gənclər Paytaxtı” elan edilməsi nəzərdə tutulub. “Gənclər Paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.
Azərbaycanın Gənclər Paytaxtı nədir?
“Gənclər Paytaxtı” internet səsvermə vasitəsinə gənclər tərəfindən seçilmiş Azərbaycanın bir şəhər və ya rayonudur. Səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib.
Gənclər Paytaxtını necə seçmək olar?
Səsvermə bunun üçün xüsusi yaradılmış sayt vasitəsilə həyata keçirilir www.genclerpaytaxti.az. Onu bilmək vacibdir ki, bir nəfər (bir şəhər və ya rayona) yalnız bir dəfə səs verə bilər.
Səsvermə prosesi 3 prinsip əsasında aparılır: açıq, şəffaf, bərabər.
Açıq: səsvermə hamı üçün açıq olan www.genclerpaytaxti.az saytı vasitəsi ilə həyata keçirilir.
Şəffaf: hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.
Bərabər: yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın Gənclər Paytaxtının seçilməsində bərabər hüquqla iştirak edir.
Səsvermə siyahısına hansı şəhərlər daxil edilib? 2013-cü ilin Azərbaycanın Gənclər Paytaxtının səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan 50 şəhər və rayonlar daxil edilib. Onlar səsvermə siyahısında əlifba sırasına görə ardıcıllıqla düzlənib. Bakı şəhəri səsvermədə iştirak etmir.
Gənclər Paytaxtı hansı vaxt müddətində keçilir?
2013-cü ilin Azərbaycanın Gənclər Paytaxtının seçilməsi 2013-cü ilin 1-30 yanvar tarixlərində keçiriləcək. 30 yanvar 2013-cü il tarixdə saat 23.59-dan sonra verilmiş səslər qeydə alınmayacaq.
Azərbaycanın Gənclər Paytaxtının adı 2 fevral – Azərbaycan gəncləri günü Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi elan ediləcəkdir.
Gənclər Paytaxtı hansı müddətə seçilir?
Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasını, sosial problemlərinin həllinə daha böyük diqqət verir.
Gənclər Paytaxtı başqa ölkələrdə də seçilirmi?
Avropa məkanında Avropanın Gənclər Paytaxtı seçmək təcrübəsi ilk dəfə 2009-cu ildə başlayıb və uğurla davam edir. Avropanın gənclər Paytaxtı olan şəhərlərin siyahısı:
2009 Rotterdam (the Netherlands)
2010 Turin (Italy),
2011 Antwerp (Belgium)
2012 Braga (Portugal)
2013 Maribor (Slovenia).
2014 Thessaloniki (Greece) seçilmişlər.
Bu haqda daha ətraflı məlumatı www.youthforum.org ünvanından almaq olar.
ƏZİZ SUMQAYITLILAR, ŞƏHƏRİMİZİ “GƏNCLƏR PAYTAXTI” ETMƏK BİZDƏN ASILIDIR. SADƏCƏ, SAYTA DAXİL OLARAQ ŞƏHƏRİMİZƏ SƏS VERMƏKLƏ BİZ QALİB GƏLƏ BİLƏRİK. SƏSVERMƏ BÖLMƏSİ BU LİNKDƏDİR:
http://genclerpaytaxti.az/index.php