Sumqayıt şəhər İcra Hakimiyyəti, YAP Sumqayıt şəhər təşkilatı və şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Sumqayıt doğma evimizdir, onu daha da müasir şəhərə çevirmək hər birimizin borcudur” mövzusunda silsilə tədbirlər davam edir.
Bu gün Sumqayıtın Tarixi Muzeyinin konfrans zalında mövzu ilə bağlı müzakirələr aparıldı, qarşıya qoyulmuş məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirildi.
Tədbirdə ərazidə yaşayan təhsil işçiləri, səhiyyə, mədəniyyət, uşaq bağçaları kollektivinin nümayəndələri, Mənzil Komunal Sahələrinin əməkdaşları, sahibkarlar və ictimai fəallar iştirak etdilər.
Sumqayıtı müasir şəhərə çevirmək hər birimizin borcudur – Növbəti tədbir
•
1486