Bu gün Sumqayıt şəhərini Milli Məclisdə təmsil edən millət vəkilləri Hicran Hüseynova, Tahir Mirkişili, Emin Hacıyev və Müşfiq Məmmədli şəhidlərimiz general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ikinci fəxri xiyabanda məzarlarını ziyarət ediblər
Millət vəkili Tahir Mirkişili bildirib ki, onların xatirəsi hər bir azərbaycanlı üçün əzizdir: “Öz qəhrəmanlığı ilə tarix yazan bu insanlar Azərbaycan xalqının mübarizə əzmini, öz torpağının işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, heç bir şəhidimizin qanı yerdə qalmayıb və qalmayacaq! Biz öz tariximizlə və bu tarixi yazan qəhrəmanlarımızla fəxr edirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”